Bazar, 05 May

Zelenski əhalini ayıq-sayıq olmağa çağırdı - "Rusiya təhlükəli nələrəsə əl ata bilər..."

image

Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində ölkəsinin müstəqilliyinin 31-ci ildönümü ərəfəsində Moskvanın daha ciddi hücumlarla hazırlaşması barədə xəbərdarlıq edib.

Zelenski əhalini ayıq-sayıqlığa çağırıb. O deyib ki, 24 avqust – Ukraynanın Müstəqillik Günü ərəfəsində Moskva xüsusilə təhlükəli nəyəsə əl ata bilər. Həmin gün Rusiyanın Ukraynaya səbəbsiz hücumunun altı ayı tamam olur.

Onun sözlərinə görə, Makronla bütün təhdidləri müzakirə edib, digər liderlərə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, BMT-nin Baş katibi Antonio Quterreşə mesaj göndərilib.

“Ukraynanın tərəfdaşlarının hamısına bu terrorçu dövlətin bu həftəyə mümkün planı haqda xəbər verilib”, – Zelenski gecə videomüraciətində söyləyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 22-də gündəlik bülletenində bildirib ki, Rusiya qüvvələri Ukraynanın şərqində və cənubunda hədəfləri atəşə tutur. Nəticədə şərqi Baxmut vilayətində dağıntılar baş verib.

Məlumatda vurğulanır ki, Rusiya qüvvələri şərqi Luqansk və Donetsk vilayətlərinə tam nəzarət etməyə fokuslanıblar. Xerson şəhərini, Xarkov, Zaporojye və Nikolayev vilayətlərinin tutduqları ərazilərini əldə saxlamağa çalışırlar.

Vilayət qubernatoru Valentin Rezniçenko avqustun 21-də "Telegram"da yazıb ki, Zaporojye AES-in əks tərəfində, Dnepr çayı sahilində yerləşən Nikopol şəhəri beş müxtəlif istiqamətdən atəşə tutulub. Onun sözlərinə görə, şəhərə 25 artilleriya mərmisi düşüb, sənaye obyektlərində yanğın başlayıb, 3 min sakinin işığı kəsilib.

Zaporojye yaxınlığında döyüşlər və Voznesensk şəhərində, Ukraynanın ikinci atom enerji stansiyası yaxınlığına raket zərbəsi nüvə qəzasıyla bağlı narahatlığı artırıb.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15